Azərbaycan futbolu

“Qəbələ”dən “Zirə”yə

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Aut.az xəbər verir ki, “qartallar” müdafiəçi Məqsəd İsayevi heyətinə qatıb.

28 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Məqsəd İsayev son olaraq “Qəbələ”nin uğurları üçün çalışıb. O, daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah” və “Səbail”də də çıxış edib.