“Neftçi” legioneri ilə yollarını ayırdı
“Neftçi” futbolçusu Sezar Meza Kolli ilə yollarını ayırıb.
Aut.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı paraqvaylı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
Sezar 2021-ci ilin yayından “Neftçi”də çıxış edirdi.
