Dünya futbolu

Millinin düşərgəsində ara qarışdı

AÇ-2024-ün seçmə mərhələsinin F qrupunda millimizin rəqiblərindən biri olan Belçika yığmasında gərginlik yaşanır.

Aut.az xəbər verir ki, qapıç Tibo Kurtua baş məşqçi Domeniko Tedesko ilə yola getmir. “Real”ın qolkiperi bazar günü axşam Tübizadakı oteldə millinin iclasına qatılmayıb. Onun bu hərəkəti komanda yoldaşlarının təəccübünə səbəb olub.

“Het Laatste Nieuws” nəşrinin yazdığına görə, Kurtua zədəli Kevin de Brüynenin yoxluğunda kapitan sarğısının Romelu Lukakuya verilməsindən narazı qalıb. Qapıçı heyətdəki rotasiyalardan da razı deyil.

31 yaşlı futbolçu Avstriya ilə oyunda (1:1) millinin qapısını qoruyub. O, iyunun 20-də Estoniya ilə görüşdə də meydana çıxmalı idi. İddia edilir ki, həmin qarşılaşmada Kurtua deyil, Mats Zels qapıda olacaq.