“Qarabağ”ın futbolçuları Macarıstana qarşı oynadı
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, sözügedən kollektiv evdə Macarıstanla qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.
Veşoviç və Yankoviç bu görüşün iştirakçısı olub. Hər iki oyunçui start heyətdə meydana çıxıb. Yankoviç sona qədər oynayıbsa, Veşoviç 72-ci dəqiqədə əvəzlənib. Cinah müdafiəçisi 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Monteneqro G qrupunda 3-cü sıradadır. Macarıstan isə 2-ci pillədə qərarlaşıb.
