Volkov yazılmayan qaydaya əməl etdi, apardı – FOTO
“Sabah”ın futbolçusu Davit Volkov maraqlı addım atıb.
Aut.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Turan Tovuz”la oyundan sonra qarşılaşmanın topunu özü ilə aparıb. Buna səbəb het-trik etməsidir.
Futbolun yazılmayan qaydalarına görə, bir görüşdə 3 və daha çox qol vuran futbolçu oyununun topunu özü ilə apara bilər.

Aut.az
