İspaniya

Narazıdır, alırlar, amma bunun fikrini soruşmurlar

“Real”ın baş məşqçisi Karlo Ançelotti komanda rəhbərliyinin münasibətindən narazıdır.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb. Bildirilir ki, italiyalı mütəxəssis transfer məsələsində klubun onun fikrini nəzərə almamasından narazıdır. Ançelottinin sözlərinə görə, “Real” rəhbərliyi heyəti gücləndirmək üçün verdiyi bəzi vədləri yerinə yetirməyib.

Qeyd olunur ki, mütəxəssis Braziliya millisinin marağına baxmayaraq, qarşıdakı mövsümdə də “Real”da qalmaq niyyətindədir.

Ançelotti 2021-ci ilin yayından “Real”ı çalışdırır. İtalyan “Everton”dan ayrıldıqdan sonra Madrid klubuna qayıdıb.

Aut.az