Türkiyə

Karyerasını bitirdi

“Beşiktaş”dan ayrılan Atiba Hatçinson karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. 39 yaşlı futbolçu yaxın zamanda rəsmi açıqlama verəcək.

Atiba 2013-cü ilin yayından “Beşiktaş”da çıxış edirdi. Kanadalı futbolçu “qara qartallar”la 334 oyunda 27 qol, 37 məhsuldar ötürmə ilə yadda qalıb.