“Real” Mbappeni transfer edəcək
“Real”ın prezidenti Florentino Peres komandanın bir azarkeşinin PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edəcəkləri ilə bağlı sualını cavablandırıb.
Aut.az xəbər verir ki, bir azarkeş Peresdən klubun Mbappe ilə müqavilə imzalayıb-imzalamayacağını soruşub. Prezident isə – “Bəli. Mbappeni transfer edəcəyik, amma bu il yox”, – deyə cavab verib.
Mbappe 2022-ci ildə “Real”a keçməyə yaxın idi, lakin son anda PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzadıb.
