Kateqoriyasız

Qurban Qurbanov Zaqatalada onlarla görüşdü – FOTOLAR

Zaqatala rayonunda “Sağlam məhəllə” idman zonası istifadəyə verilib.

Aut.az xəbər verir ki, burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Açılışda gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, idman səfirləri Aynur İmanova, Aliyə Paşayeva da iştirak ediblər.

Yerliləri Qurbanova xüsusi maraq göstəriblər. Onlar təcrübəli mütəxəssislə xatirə fotoları çəkdiriblər.