Qaydasız döyüş

Karyerasını anasına görə başa vurdu

UFC-nin qadın döyüşçüsü Amanda Nunyes karyerasını başa vurub.

Aut.az xəbər verir ki, o, bunu xüsusi şəkildə edib. Brazliyalı döyüşçü Vankuverdə keçirilən “UFC 289” tunirində qələbə qazandıqdan sonra bunu açıqlayıb. Nunyes ən yüngül çəki dərəsi üzrə döyüşdə meksikalı İrene Aldananı məğlub edib.

“Anam uzun müddətdir bunu etməyi məndən çox xahiş edirdi. O, artıq dözə bilmir” – deyə Amanda bildirib.

Qeyd edək ki, 35 yaşlı döyüşçünün aktivində 23 qələbə və 5 məğlubiyyət var.