Super Liqanın tarixinə düşdü
Atiba Hatçinson Türkiyə Super Liqasının tarixinə düşüb.
Aut.az xəbər verir ki, “Beşiktaş”ın yarımmüdaifəçisi Super Liqanın 37-ci turu çərçivəsində keçirilən “Kasımpaşa” ilə səfər oyununda buna nail olub. 90+13-cü dəqiqədə penaltidən fərqlənən kanadalı futbolçu vurduğu qolla çempionatın qol vuran ən yaşlı futbolçuya çevrilib. O, buna 40 yaş 115 günlüyündə nail olub.
Görüş “Beşiktaş”ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 10 ildir “Beşiktaş”da çıxış edən təcrübəli futbolçu bu mövsümün sonunda İstanbul klubundan ayrılacaq və böyük ehtimalla, karyerasını bitirəcək. Onun “Beşiktaş”ın məşqçilər korpusunda çalışacağı gözlənilir.
