Sərxoş olmaq istəyirəm – Müharibəyə gedən Əliyev
Kiyev “Dinamo”sunun və Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi, hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edən Aleksandr Əliyev müharibədən sonra nə edəcəyini açıqlayıb.
“Bir az yorulmuşam. Bütün bunlar sizə təzyiq göstərir. Psixoloji cəhətdən çox çətindir. Amma dözməkdən başqa əlac yoxdur. Məni ən çox incidən uşaqların ölməsidir. Hətta bir gün əvvəl – Uşaqlar Günündə də Kiyevdə uşaqlar ölüb…
Bir-iki günlük evə buraxılanda idman paltarı geyinirəm və bu mənə rahatlıq gətirir. Bir müddət hər şeyi unudursan.
Qələbə qazanacağımız günü səbirsizliklə gözləyirəm. Ondan dərhal sonra sərxoş olmaq, sonra gedib dəniz kənarında dincəlmək istəyirəm, heç olmasa on gün. Sonra isə yaşa və öz işinlə məşğul ol”, – Əliyev bildirib.
Aut.az
