Azərbaycan futboluSeçmə

Ozobiç hara gedir? – Bu iki variantdan birini seçəcək

Aprelin 7-də saytımızda Filip Ozobiçin “Qarabağ”dan ayrılacağı barədə məlumat vermişdik. Bu xəbər bu gün rəsmən təsdiqini tapıb. 32 yaşlı yarımmüdafiəçinin Ağdam təmsilçisindəki 5 illik karyerası rəsmən başa çatıb.

Ozobiçin “Qarabağ”dan ayrılması Azərbaycandakı çıxışının başa çatması anlamına gəlmir. Millimizin də üzvü olan futbolçu daha bir neçə il ölkəmizdə çıxış edə bilər. Aut.az-ın əldə etdiyi məlumata görə, 2 klub onun xidmətində maraqlıdır. Söhbət “Neftçi” və “Zirə”dən gedir.

“Ağ-qaralar”ın idman direktoru daha əvvəl “Qəbələ”dən tanıdığı  Filipi “Neftçi”yə gətirmək istəyir. Bununla məqsəd yerli oyunçu sayını artırmaq və mərkəz xəttdəki rəqabəti artırmaqdır. 32 yaşlı futbolçu Emin Mahmudovun mümkün gedişində onu əvəzləyə biləcək futbolçulardandır.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da sabiq komanda yoldaşını ixtiyarında görmək istəyir. Artıq onunla Ozobiç arasında bu məsələ barədə danışıq olub.

2 təklif arasında ən yaxşı şərtlər “Neftçi”yə məxsusdur.  “Ağ-qaralar”ın ona təklif etdiyi sözləşmənin müddət 2 illikdir.

Milliləşdirilmiş Ozobiçə ölkəsi Xorvatiyadan da təklif var. “Slaven Belupo” onun xidmətində maraqlıdır. Ancaq həmvətənləri Filipə “Neftçi” və “Zirə” ilə müqayisədə xeyli aşağı – 96 min dollar maaş təklif edir.

Aut.az