Qurban Qurbanov onun “qələmini qırdı” – Ayrılır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni mövsümlə bağlı planlarını qurmağa başlayıb. Avrokuboklarda uğurlu nəticələrə imza atmaq istəyən mütəxəssis daha yaxşı heyət qurmağı hədəfləyir. Bunun üçün isə komandadan bir neçə futbolçu göndərilməlidir.
Aut.az.-ın əldə etdiyi məlumata görə, göndəriləcək oyunçulardan birinin adı artıq məlumdur. Söhbət milliləşdirilmiş Filip Ozobiçdən gedir. 50 yaşlı mütəxəssis aprelin 8-də 32 yaşını qeyd edəcək yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Bu səbəbdən futbolçu ilə mövsümün sonunda bitəcək müqavilənin müddəti yenilənməyəcək.

Xorvatiyalı futbolçu 2018-ci ildən “Qarabağ”da çıxış edir. Buna qədər isə o, 2 mövsüm ölkəmizdə “Qəbələ”nin uğurları üçün çalışıb.
Ozobiçlə “Neftçi”nin ciddi maraqlandığı da bildirilir.
Qeyd edək ki, Ozobiç 2021-ci ildən Azərbaycan milli komandasının üzvüdür.
Aut.az
