Mərasimə getmədi, müraciət etdi
Lionel Messi uzun müddət birlikdə oynadığı Serxio Busketsə müraciət edib.
Aut.az xəbər verir ki, “Barselona” Buskets ilə vidalaşmaq üçün xüsusi mərasim təşkil edib və Messini də dəvət etmişdi. Amma Leo həmin mərasimə qatıla bilməyib.
“Sizin və ailəniz üçün bu xüsusi tədbirdə iştirak etmədiyimə görə çox təəssüflənirəm. Mən səni çox sevirəm, Busi”, – “Marca” Messidən sitat gətirib.
2005-ci ildən “Barselona”da çıxış edən 34 yaşlı Buskets komanda ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib. Serxionun karyerasını davam etdirəcəyi növbəti yer kimi MLS və Səudiyyə Ərəbistanı göstərilir. Messi “Barselona”ya qayıda bilər, lakin onun başqa komandada Busketslə yollarının kəsişəcəyi də istisna edilmir.
Aut.az.
