İspaniya

Bu axmaqlar sosial şəbəkələrdə çox cəsarətlidirlər – Amma tək qalanda…

“Vilyarreal”ın sabiq futbolçusu Markos Senna Vinisius Juniorla bağlı qalmaqaldan danışıb.

Aut.az xəbər verir ki, Senna da vaxtilə belə təhqirlərlə üzləşdiyini bildirib. Amma o, İspaniyanın irqçi ölkə olmadığını vurğulayıb:

“Mən Vinisiusa qarşı bu hərəkətin baş verdiyi “Mestalya” stadionundan 500 metr aralıda, Valensiyada yaşayıram. Buradan demək olar ki, stadionu görürəm. Düzünü desəm, ən heç vaxt burada belə davranış görməmişəm.

Düzdür, illər əvvəl, 2004 və ya 2005-ci ildə “Atletiko” Madrid və “Saraqosa” ilə oynayanda bir neçə dəfə belə durumla üzləşmişəm.

“Atletiko” ilə oynayanda arxamda səs-küy eşitdim. Topu almağa gedəndə meymun qışqırdıqlarını eşitdim. “Saraqosa”nın stadionunda da belə idi.

İspaniya irqçi ölkə deyil. Gizlənən, amma mahiyyətini bu məqamlarda göstərən çoxlu axmaqlar var. Bu axmaqlar sosial şəbəkələrdə çox cəsarətlidirlər. Onlar tək qalanda isə Vinisiusa yaxınlaşaraq şəkil çəkdirməyi xahiş edirlər.

Braziliyada da axmaqlar var. Mənə görə bu insanlar axmaqdır. İnanıram ki, bu dəfə hər şey yaxşı bitəcək. Mən 100% Vinisiusun tərəfindəyəm. Onun cəsarətinə həqiqətən heyranam. 22 yaşında hər şeyə və hər kəsə qarşı çıxır. Bilmirəm bütün təcrübəmlə bu işin öhdəsindən gələ bilərdimmi. Onun qarşısında şlyapamı çıxardıram”.

Bu axmaqlar sosial şəbəkələrdə çox cəsarətlidirlər - Amma tək qalanda...

Aut.az