Azərbaycan futbolu

Musa Qurbanlı bu ölkəyə gedir – Dil öyrənir

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı bir neçə dildə sərbəst danışır.

Aut.az xəbər verir ki, o, bu barədə Publika.az-a verdiyi geniş müsahibədə bildirib. Musa ingilis, rus, türk dillərində sərbəst danışır, ərəb dilini də mükəmməlləşdirməyə doğru gedir.

Qurbanlı “bundan sonra hansı dili öyrənmək istəyirsən” sualına “ispan dilini” cavabını verib.

“Bu o deməkdir ki, gələcəkdə İspaniya çempionatında oynamaq istəyirsən” sualına isə belə cavab verib: “Niyə də yox… İspaniya çempionatında oynamağı kim istəməz?”

Aut.az