“Neftçi” onunla yolları ayırdı
“Neftçi”də qış transfer pəncərəsi zamanı ilk futbolçu ayrılığı reallaşıb.
Aut.az xəbər verir ki, yayda transfer edilən Aaron Olanare “ağ-qaralar”ı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Nigeriyalı forvard “Neftçi”nin heyətində ümumillikdə 15 oyun keçirib və 3 qol vurub.
