Dünya futbolu

Putinlə salamlaşmaqdan imtina edən futbolçu karyerasını bitirdi

Xorvatiya yığmasının sabiq futbolçusu Yosip Pivariç karyerasını bitirib.

Aut.az xəbər verir ki, ölkəsinin “Lokomativ” klubunda çıxış edən 34 yaşlı xorvatiyalı müdafiəçi mayın 26-da Xorvatiya çempionatının 36-cı turunun “Varacdin”lə matçında 83 dəqiqə meydanda olub. Bu, onun karyerasında son oyun kimi tarixə düşüb.

Pivariç 2013-2018-ci illərdə Xorvatiya yığmasında 26 oyun keçirib. O, yığmanın heyətində DÇ-2018-in gümüş medalını qazanıb. Pivariç Rusiyada keçirilən DÇ-də Vladimir Putinin əlini sıxmamaqla da yadda qalmışdı.

Aut.az