İtaliya

Finala çıxmağın gətirdiyi divident: Təklif var

“İnter”in baş məşqçisi Simone İndzaqi İspaniyadan bir sıra təkliflər alıb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Biazin məlumat verib. Lakin onun sözlərinə görə, İndzaqi bu təklifləri nəzərdən keçirmək fikrində deyil.

O, növbəti mövsümdə də “İnter”lə işləmək niyyətindədir. Daha əvvəl məşqçi ilə əməkdaşlığı davam etdirmək arzusunu “İnter”in baş direktoru Cüzeppe Marotta da bildirmişdi.

İndzaqi 2021-ci ilin yayından “İnter”dədir. Bu müddət ərzində “İnter” iki dəfə İtaliya kubokunu və Superkubokunu qazanıb, həmçinin iyunun 10-da “Mançester Siti” ilə Çempionlar Liqasının finalında oynayacaq.

Aut.az