Digər

İdmançımız Qran-pridə qızıl medal qazanıb

Azərbaycan para-atleti Səid Nəcəfzadə İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, idmançı uzunluğa tullanma növündə 7,06 metr nəticə göstərərək birinci yeri tutub.

Səid Nəcəfzadə Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında bürünc medal əldə etmişdi.