Digər

Ulduz idmanı onu təqib edən 64 yaşlı kişidən danışdı

İsveçli xizəkçi Frida Karlsson onu həyatda və sosial şəbəkədə təqib edən 64 yaşlı stalkerə qarşı açılan cinayət işinə ilk dəfə münasibət bildirib.

Aut.az xəbər verir ki, Karlssonun sözlərini “Iltalehti.fi/” sitat gətirib.

“Bu, kifayət qədər çətin proses idi. Təqiblər bir çox insana təsir edir və buna görə də məhkəmə qərarının olmasını istədim.

Mənim üçün vacibdir ki, söhbət təkcə ictimai xadimlərdən deyil, həm də təqib qurbanı olan bütün qadınlardan gedir”, –  Frida bildirib.

Kişi altı aylıq şərti cəza alıb və idmançıya 40 min kron (təxminən 3700 avro) təzminat ödəməlidir.

Onun telefonunda Karlssonun 7000-dən çox fotoşəkili olub. Bundan əlavə, kişi yüzlərlə mesaj göndərərək xizəkçiyə zəng etməyə çalışıb.

25 yaşlı Frida Karlsson Trondheimdə keçirilən xizək üzrə Dünya Çempionatında 50 km məsafəyə qaçışda karyerasında ilk qızıl medalı qazanıb.

Aut.az