Dünya futbolu

Ölənlərin və yaralıların sayı artdı

Salvadorda keçirilən futbol matçı zamanı faciə yaşandığı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, çempionatın final hissəsinin 1/4 finalında “Allians”  və FAS komandalarının görüşü zamanı “Kuskatlan” stadionunda azarkeşlər arasında qarşıdurma yaşanıb. Hadisə ştatın paytaxtı San-Salvadorda baş verib. Faciə nəticəsində ölənlərin və yaralıların sayı artıb

Rəsmi məlumatlara görə, izdihamda azı 12 nəfər ölüb. El-Salvador Mülki Müdafiə Xidmətinin sözçüsü bildirib ki, 500-ə yaxın insana tibbi yardım göstərilib, onların çoxu xəstəxanalara aparılıb.

Səhiyyə naziri Fransisko Alabi yaralıların əksəriyyətinin vəziyyətinin stabil olduğunu bildirib.

Salvador prezidenti Nayib Bukele komandalar, onların menecerləri, stadion rəhbərliyi, liqa və futbol federasiyası daxil olmaqla hər kəsin cavab verəcəyini bildirib.

O, “Təqsirkarlar kim olursa olsun, cəzasız qalmayacaqlar” deyib.

Aut.az