İtaliya

“Napoli” Gürcüstandan tələb etdi: O içkiləri yığışdırın

“Napoli” Xviça Kvaratsxeliyanın şəkli olan “Coca-Cola” şüşələrinin satışdan çıxarılmasını tələb edib.

Aut.az xəbər verir ki, Gürcüstanda etiketlərində milli komanda oyunçularının şəkilləri olan kola şüşələri satışa çıxarılıb. Ən populyarları Kvaratsxeliyanın təsviri olan şüşələrdir.

Lakin tezliklə belə etiketli içkilər satışdan çıxarıla bilər.  Goal.ge məlumat yayıb ki, Kvaratsxeliyanın imic hüquqlarının 100%-i “Napoli”yə məxsusdur. Neapol klubu “Coca-Cola”nın belə bir marketinq kampaniyası ilə bağlı planlarından xəbərsizdir.

Şəkil hüquqlarının pozulmasından xəbər tutan “Napoli” buna etiraz edib və Xviçanın təsviri olan butulkaların satışdan çıxarılmasını tələb edib.

Aut.az