“Öl, Vinisius!” qışqırdılar
“Barselona” azarkeşləri bir daha “Real”ın vingeri Vinisius Junioya “ilişiblər2.
Aut.az xəbər verir ki, mayın 14-də “Barselona” La Liqanın 34-cü turunda “Espanyol”u məğlub edərək (4:2) çempionluğu təmin edib.
Küçələrə çıxan “Barselona” azarkeşləri “Öl, Vinisius!” qışqırıblar.
“Barsa” azarkeşləri İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən “el klasiko” zamanı da belə şüar səsləndirmişdilər.
La Liqa “Real”ın hücumçusuna qarşı irqçi şüarlara görə Barselona məhkəməsinə şikayət edib. Liqa rəsmi saytındakı açıqlamada bildirib ki, bu, 22 yaşlı futbolçuya qarşı irqçi təhqirlərə görə müvafiq orqanlara edilən səkkizinci şikayətdir.
Aut.az
