Boks

Metronun tunelində boks – FOTOLAR

Ukrayna-Rusiya müharibəsinin ən çox zərər gördüyü  Xarkov şəhərində təhlükəsizlik məqsədilə metro stansiyasında boks turniri keçirilib.

Aut.az xəbər verir ki, boks turniri “Xarkovun müdafiə qəhrəmanları”nın şərəfinə keçirilib. Turnirdə boks üzrə Ukrayna milli komandasının üzvləri də iştirak ediblər.

Birgünlük turnirin açılışında çıxış edən Xarkov vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov belə bir tədbiri Xarkovda təşkil etməkdən məmnun olduğunu bildirib. O, Xarkov vilayətini müdafiə edən əsgərlərin şərəfinə təşkil olunan turnirə vətəndaşların böyük maraq göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda bəzi insanlar təhlükəsizlik səbəbindən metro stansiyalarında qalmaqda davam edir.