Özününküləri “Real”lıya nümunə göstərdi
“Atletiko”nun prezidenti Enrike Serezo “Real”ın hücumçusu Vinisius Juniorun davranışından danışıb.
Aut.az xəbər verir ki, Enrike Juniora qarşı kobudluq edildikdə, futbolçunun hakimlərə gileylənməsini tənqid edib. O, “atletiko”nun futbolçularını Juniora nümunə göstərib.
“Vinisiusa qarşı kobudluq edirlər? Elə bir vacib oyunçu tanımıram ki, ona qarşı qaydalar pozulmasın. Joao Feliks “Atletiko”da oynadığı zaman matçın yarısını qazonda keçirirdi.
Fərq ondadır ki, o, hakimin və rəqib oyunçunun hərəkətlərinə tez reaksiya verməyə can atan oğlan deyildi. Morata ilə bağlı da eyni durumdur”, – deyə “ Radio Marca” Serezodan sitat gətirib.
Aut.az
