Azərbaycan futboluManşetSeçmə

Gəncəlilərlə tovuzlular arasında dava, polis müdaxilə etdi – Foto

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunundan (1:0) sonra insident yaşanıb.
Aut.az xəbər verir ki, komandaların üzvləri arasında mübahisə düşüb. Gəncə təmsilçisinin kapitanı Yusif Nəbiyev və Tovuz klubunun qapıçısı Kamal Bayramov arasında gərginlik yaşanıb.

Futbolçular mübahisə etməyə başlayıb. Hər iki klubun işçiləri onları sakitləşdirməyə çalışıb.
Daha sonra Bayramovla “Kəpəz”in mühafizə xidmətinin rəisi Elmar Vəliyev arasında mübahisə düşüb. Bundan sonra məsələyə polis qarışıb. Komandalar məhz polisin müşayiəti ilə stadiondan ayrılıblar.

Gəncəlilərlə tovuzlular arasında dava, polis müdaxilə etdi - Foto

Gəncəlilərlə tovuzlular arasında dava, polis müdaxilə etdi - Foto

Gəncəlilərlə tovuzlular arasında dava, polis müdaxilə etdi - Foto