Azərbaycan futbolu

“Araz-Naxçıvan”dan “İmişli”yə

I Liqada mübarizə aparacaq “İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”dan Həzrət İsayevi sıralarına qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“İmişli” bundan əvvəl “Qaradağ Lökbatan”dan Nihad Tamazov, “Sumqayıt”dan Xəzər Mahmudov, “Qarabağ”dan Rəhim Cəfərli və Ayxan Arazlını heyətinə qatıb.