Atasının güdazına getdi
“Barselona” yay transfer pəncərəsi zamanı Ansu Fatini satmaq qərarına gəlib.
Aut.az xəbər verir ki, buna səbəb hücumçunun atasının klubu kəskin tənqid etməsidir.
“Barselona” artıq Fatinin agenti Jorje Mendesə müştərisi üçün yeni klub axtarmağı tapşırıb.
Kataloniyalılar onun üçün 40 milyon avro almaq istəyir.
Bu mövsüm Fati “Barselona”nın heyətində bütün turnirlərdə 41 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Aut.az
