Amerikalı xokkeyçi ruslar haqda elə sözlər dedi ki…
Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Dmitri Svişev “Admiral” xokkey klubunun amerikalı sabiq müdafiəçisi Ceyms Vişnevskinin rusların spirtli içkilərə güclü aludəçiliyi ilə bağlı sözlərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Svişev bunu ciddi qəbul etməməyi tövsiyə edib:
“Bu müsahibəyə bir az ironiya ilə yanaşmaq lazımdır. Burada ciddi bir şey yoxdur. Bayramlarda uşaqlar içirlər və bir ənənə də var – xokkey matçından sonra hamı pivə içir. Mən çoxlu xokkeyçi tanıyıram, onlardan heç biri içəndə özünün itirəcək qədər sərxoş olmur. Mən şəxsən Vişnevskini tanımıram, amma düşünürəm ki, onun müsahibəsini zarafat kimi qəbul etmək lazımdır”, – deyə Sport-Ekspress” Svişevdən sitat gətirib.
Qeyd edək ki 2016/2017 mövsümündə “Admiral”da çıxış edən amerikalı müdafiəçi Ceyms Visnevski Rusiyadakı barlar haqqında fikirlərini bölüşərkən deyib ki, yerli əhalinin normal içməyi bacarmayan alkoqolik olması və tez-tez yaddaşını itirəcək qədər içməsi səbəbindən Rusiyada barlar praktiki olaraq yoxdur. Üstəlik, Rusiyada xokkeyçilərə həftə sonları nadir hallarda istirahət verilir ki, futbolçular bir neçə gün əylənməyə getməsinlər. Əgər getsələr, içib özlərini itirilər ki, bu da kluba problem yaradır.
Aut.az
