Həbsxanada ona yalnız bu şəxs baş çəkir
“Barselona”nın və Braziliya yığmasının keçmiş müdafiəçisi Dani Alves həbsxanadadır və zorlama ittihamı ilə bağlı məhkəməni gözləyir.
Aut.az “Diario Sport”a istinadən xəbər verir ki, braziliyalını, demək olar ki, ziyarət edən yoxdur. Onun yanına bir nəfər – Bruno Brazil adlı dostu gəlir.
Futbolçunun cinayəti törətdiyi güman edilən gecə o, Alveslə gecə klubunda olub. KİV-in məlumatına görə, Brunonun həbsxanaya sonuncu gəlişi martın 26-da baş tutub.
Cinsi zorakılıq ittihamı ilə həbs olunduqdan sonra Alvesin zaminə buraxılması rədd edilib. Belə ki, o, təxminən 1-2 il çəkə biləcək məhkəmə prosesi başa çatana qədər həbsdə qalacaq.
Aut.az
