Azərbaycan futbolu

Türkiyə millisi Bakıya bu futbolçularla gəlib

Qadın futbolçulardan ibarət Türkiyə millisi Azərbaycanla keçirəcəyi yoldaşlıq oyunları üçün Bakıya gəlib.

Aut.az xəbər verir ki, “ay-ulduzlular”ın heyətində 24 oyunçu yer alıb.

Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qeyd edək ki, yoldaşlıq matçları aprelin 8-i və 11-də “Dalğa Arena”da oynanılacaq.