UEFA yunanları Bakıya göndərir
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Aut.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Aristotelis Diamantopulos olacaq. Ona Konstantinos Psarris və Andreas Meintanas kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.
Oktyabrın 16-da keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.
