İspaniya

Plan hazırdır, La Liqa razılıq verir və Messi ilə…

“Barselona” Lionel Messinin transferini müzakirə etmək üçün La Liqa rəhbərliyi ilə görüşəcək.

Kataloniya klubu argentinalı futbolçunu PSJ-dən qaytarmaq üçün ciddi cəhdlər edir.

Bununla bağlı “Barselona”nın nümayəndələri gələn həftə La Liqanın liderləri ilə görüşərək Lionel Messi ilə müqavilə bağlaya bilib-bilməyəcəkləri barədə məlumat alacaqlar.

Klub direktoru Mateu Alemani başda olmaqla kataloniyalılar maaş büdcəsini, La Liqanın növbəti mövsüm üçün təyin etdiyi limitə endirmək üçün iqtisadi plan hazırlayıb.

“Barselona” La Liqanın Messi ilə danışıqlara icazə verməsini gözləyir. Klub əmin olmaq istəyir ki, futbolçu ilə razılıq əldə olunarsa, La Liqa transferi təsdiqləyəcək. Messinin “Barselona”ya keçidi həm klub, həm də liqa üçün faydalı hesab olunur.

Aut.az