PFL-dən yenilik: Elə bir sayt hazırlanır ki… – Rəsmi açıqlama
“Saytımızı yeniləyirik. İndiki sayt çox zəifdir. Müasir tələblərə cavab verən portal qururuq. Bununla bağlı bir şirkətlə müqavilə bağlamışıq”.
Bu sözləri Aut.az-a açıqlamasında Peşəkar Futbol Liqasının media və marketinq müdiri Sənan Abdullayev deyib. Qurum rəsmisi bildirib ki, yeni sayt aparıcı ölkə çempionatları ilə müqayisə olunacaq səviyyədə olacaq:
“La Liqa, A seriyası kimi çempionlatların səviyyəsində sayt olacaq. Orada statistika ilə bağlı bütün xırda detallar yer alacaq. İndiki sayt necə 2008-ci ilin tələblərinə görə ən yaxşı idisə, bu da indiki dövr üçün ən yaxşı olacaq. Statistik məsələlərdə indi biz mediaya kömək edirik, amma yeni saytda informasiyalar hazır olacaq”.
Abdullayevin sözlərinə görə, yeni saytın sayəsində bəzi məsələlərdə fiziki ünsiyyət azaldacaq:
“Akkreditasiya üçün müraciətə belə ehtiyac olmayacaq. Hər bir jurnalist qeydiyyatdan keçib şəxsi məlumatlarını daxil edəcək. Yoxlamalardan sonra onun müraciətinə cavab veriləcək. Yeni sayt fiziki ünsiyyəti azaldacaq”.

Aut.az
