Dünya futbolu

17 yaşlı Timur İngiltərə klubunda

17 yaşlı ukraynalı hücumçu Timur Tuterov “Kolos”dan İngiltərənin “Sanderlend” klubuna keçib.

Aut.az xəbər verir ki, bu barədə Kovalevka klubunun rəsmi saytı məlumat yayıb. Timur Tuterov “Kolos”un yetirməsidir. 15 yaşında 2020/21 mövsümündə gənclərdən ibarət komandada oynamağa başlayıb. Cari mövsümdə keçirdiyi 15 matçda 7 qol vurub. O, bu mövsüm iki dəfə əsas komandanın iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.

“Sanderlend” hazırda Çempionşipdə (İngiltərənin ikinci ən yüksək divizionu) oynayır. Komanda 39 turdan sonra 54 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Aut.az