SeçməAzərbaycan futboluManşet

“Huner Group” AFFA-nın cinayətini “təmizləyir” – Tovuz stadionu elə görkəm alacaq ki…

Tovuz şəhər stadionunda, nəhayət elektron tablo quraşdırılıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, yeni elektron lövhəni klubun sponsoru 37 min manata alıb. Tablonun quraşdırılması üçün isə 2-3 min manat əlavə vəsait xərclənib.

"Huner Group" AFFA-nın cinayətini "təmizləyir" - Tovuz stadionu elə görkəm alacaq ki...

Görülən işlər bununla bitməyəcək. Yeni mövsüm üçün arenada işıqlandırma sistemi qurulacaq. Eyni zamanda. meydançanın qazonu da dəyişdiriləcək. Tovuz şəhər stadionunun süni ot örtüyünün təbii ilə əvəzələnəcəyi gözlənilir. Əlavə məşq meydançalarının salınması da nəzərdə tutulub.

"Huner Group" AFFA-nın cinayətini "təmizləyir" - Tovuz stadionu elə görkəm alacaq ki...

Bunlardan savayı, ekranlardan gördüyünüz qarşı tribuna da yenilənəcək. Növbəti mövsümdən yayım kameraları məhz o istiqamətdən quraşdırılacaq.