DÇ-2026: Azərbaycan millisi Fransaya məğlub oldu
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Aut.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşü latviyalı Andris Treymanis idarə edib.
Qarşılaşma fransızların əzmkar qələbəsiylə yekunlaşıb. Beləcə, millimiz bu seçmə mərhələni 1 xalla qrup sonuncusu kimi başa vurub.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
16 noyabr
21:00 Azərbaycan – Fransa 1:3
Qollar: R. Dadaşov 4 – Mateta 17, Akliuşe 30, Ş.Məhəmmədəliyev(ö.q)
Baş hakim: Andris Treymanis (Latviya).
Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotskyuk, Qismət Alıyev, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Ceyhun Nuriyev, Xəyal Əliyev, Renat Dadaşov
Ehtiyat heyət: Aydın Bayramov, Səlahət Ağayev, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Anatoli Nuriyev, Nəriman Axundzadə, Abbas Hüseynov, Bədavi Hüseynov, Rüfət Abdullazadə, Cəlal Hüseynov, Mustafa Əhmədzadə
Fransa: Lyuka Şevalye, Malo Qyusto, Hefren Türam, Kristofer Nkunku, Yuqo Ekitike, Maqnes Akliuş, İbrahima Konate (k), Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes
Ehtiyat heyət: Bris Samba, Mayk Menyan, Lyuka Din, Dayo Upamekano, Jül Kunde, Florian Toven, Maykl Olise, Rayan Şerki, Vilyam Saliba, Bredli Barkolya
