Dünya futbolu

Kərimə cavab verməyə cəsarəti çatmadı

Didye Deşam bildirib ki, Kərim Benzema ilə münaqişə mövzusu onun üçün bağlıdır.

Xatırladaq ki, daha əvvəl Fransa millisinin baş məşqçisi “Real”ın hücumçusunun dekabrın 10-a qədər məşqlərə qayıda bilmədiyi üçün zədə səbəbindən DÇ-2022 başlamazdan əvvəl komandanı tərk etmək məcburiyyətində qaldığını bildirmişdi. Bundan sonra futbolçu sosial şəbəkədə Deşamın müsahibəsinin skrinşotunu yerləşdirərək yazmışdı: “Nə böyük həyasızlıq 🤡”.

“Sosial şəbəkələrə baxmıram. Bu yaxınlarda baş verənləri haqda danışmalı oldum. Mənim üçün bu mövzu qapalıdır.

Artıq heç nəyi şərh etməyə ehtiyacım yoxdur, sonra nəyi müzakirə edəcəyinizə qərar vermək sizin ixtiyarınızdadır”, – Deşam bildirib.

Aut.az