Dünya futboluKateqoriyasız

Karyerasını bitirdi

İtaliyalı tanınmış mütəxəssis Çezare Prandelli məşqçi karyerasını bitirib.

Aut.az xəbər verir ki, bu barədə 65 yaşlı çalışdırıcı özü açıqlama verib.

Prandelli ölkəsində “Atalanta”, “Leççe”, “Roma”, “Verona”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Valensiya”, Səudiyyə Ərəbistanında “Əl Nəsr” kimi klubları çalışdırıb.

O, İtaliya yığması ilə 2012-ci ildə keçirilən Avropa çempionatının gümüş medalını qazanıb.