Futbol üzrə Boliviya çempionatında maraqlı hadisə yaşanıb.
Aut.az xəbər verir ki, 6-cı tur çərçivəsində keçirilən “Atletiko Palmaflor” – “Bluminq” oyununun əsas vaxtına 41 dəqiqə əlavə olunub. Buna səbəb qarşılaşma zamanı bəzi epizodlara görə VAR yoxlanışı üçün 20 dəqiqədən çox zamanın getməsidir. Həmçinin 4-cü hakim əvvəlcədən elan etdiyi əlavə vaxt 10 dəqiqə olub.
Əlavə olunmuş vaxt zamanı 90+24-cü dəqiqədə Xose Luis Sinisterra “Bluminq”in bərabərlik qolunu vurub və hesabı 2:2 edib. Lakin 90+38-ci dəqiqədə Conatan Kanate dubl edərək yenidən “Atletiko Palmaflor”u önə çıxarmağı bacarıb. Bununla da oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə olunmuş 41 dəqiqə ərzində 2 qırmızı vərəqə də göstərilib.