Dünya futbolu

Xain yəhudalar onu məndən aldılar- Anası fəryad etdi

Cinsi zorakılıqda ittiham olunan “Barselona”nın sabiq müdafiəçisi Dani Alveşin anası Lyusiya Alves oğluna dəstək olub.

“Ailəm mənim həyatımdır, onu sonsuza qədər sevirəm. Oğlumun həbsdə olduğunu bilirəm, amma yenə də onu sevirəm. Bizi Allah birləşdirdi, heç kim ayıra bilməz. Bilirəm ki, insanlar oğlumdan bezdilər. Xain yəhudalar onu məndən aldılar, amma mənim Allaha olan inamımı sarsıda bilməzlər, mən güclü olaraq qalıram”, – futbolçunun anası sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, braziliyalı müdafiəçi gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq həbsdədir. Günahı sübuta yetirilsə, onu 12 ilə qədər həbs gözləyir. Bu iş üzrə məhkəmənin vaxtı məlum deyil.

Dani Alveşin son klubu Meksika “Puma”sı müdafiəçi ilə müqaviləyə xitam verib.

Aut.az