Kvaratsxeliyadan Gürcüstanda baş verənlərə reaksiya
“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya Gürcüstanda baş verən etirazlara reaksiya verib.
Aut.az xəbər verir ki, o, özününün “Facebook” səhifəsində yazıb: “Gürcüstanın gələcəyi Avropadadır”.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib.
Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra minlərlə insan Tiflisdə etiraz aksiyası keçirib.
