Adam oğurluğunda şübhəli bilinir – İstintaq başladı
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi adam oğurluğunda əli olmaqda şübhəli bilinir.
Aut.az xəbər verir ki, Paris məhkəməsi məsələ ilə bağlı istintaqa başlayıb. AFP-nin məlumatına görə, iddialar 2020-ci ilin yanvarında Qətərdə qaçırıldığını iddia edən 42 yaşlı lobbiçi Tayeb bin Abderrahmanın oğurlanması və işgəncələrə məruz qalması ilə bağlıdır.
Həbs edildikdən sonra bin Abderrahman altı ay işgəncələrə məruz qalıb, sonra ev dustaqlığına buraxılıb. Abderrahman Qətəri yalnız 2020-ci ilin noyabrında, Nasser Əl-Xelaifi ilə bağlı gizlilik müqaviləsi imzaladıqdan sonra tərk edə bilib.
Güman edilir ki, Bin Əbdürrəhmanın əlində Qətərin DÇ-2022-yə ev sahibliyi etmək hüququna yiyələnməsi, o cümlədən DÇ-2026 və DÇ-2030-cu illərdə keçiriləcək mundialların televiziya hüquqlarının Əl-Xelaifinin rəhbəri olduğu “BeIN Media”ya verilməsi ilə bağlı məlumatlar olub.
Aut.az
