İngiltərə

Bu brendin butslarını geyinəcək – Milyonlar alacaq

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland tezliklə “Nike” idman markası ilə yeni sponsorluq müqaviləsi imzalayacaq.

Aut.az xəbər verir ki, o, bundan sonra yalnız bu şirkətin butslarından istifadə edəcək. “The Athletic” nəşrinin məlumatına görə, Haaland müqaviləyə əsasən, hər il təxminən 23 milyon avro alacaq.

Oyunçunun agentləri bu məbləği israrla tələb edirlər. Haalandın əvvəlki sponsorluq müqaviləsi də “Nike” ilə imzalanıb və 31 dekabr 2022-ci ildə başa çatıb.

O vaxtdan bəri futbolçu müxtəlif brendlərin, o cümlədən “Adidas” və “Puma”nın butslarını geyinib. Hər üç etiket Haaland ilə müqavilə imzalamaq istəyirdi, lakin görünür, “şəhərlilər”in futbolçusu 4 yaşından bəri əməkdaşlıq etdiyi “Nike” üstünlük verəcək.

Aut.az