Dünya futbolu

Büdcə 30 faiz azalmalıdır – “Ona klub” tapın göstərişi verildi

“PSJ” rəhbərliyi bu yay maaş büdcəsini  30% azaltmağı planlaşdırır.

Aut.az “The Times”a istinadla xəbər verir ki, Paris klubu maliyyə feyr-pleyinə riayət etmək üçün xərcləri azaltmağa hazırlaşır.

Beləliklə, ən yüksək maaş alan futbolçulardan biri komandadan ayrıla bilər. Klub, layihənin əsas fiquru hesab etdikləri hücumçu Kilian Mbappeni saxlamaq istəyir. Bununla belə, mənbənin məlumatına görə, klubun idman departamentinə komandanın ikinci hücumameyilli oyunçusu – Neymar üçün yeni klub axtarmaq haqda göstəriş verilib.

Büdcə 30 faiz azalmalıdır – “Ona klub” tapın göstərişi verildi

Daha əvvəl maaşını azaltmaq istəmədiyi üçün Lionel Messi ilə PSJ-nin müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmədiyi barədə də xəbərlər yayılmışdı.

Aut.az