Slavço “Neftçi” rəhbərliyini biabır etdi: 5-ni göndər, 10-nu gətir
“Neftçi” bu günə düşməməli idi “.
Aut.az xəbər verir ki, bu sözləri “ağ-qaralar”ın şimali makedoniyalı sabiq futbolçu Slavço Georgiyevski deyib.
2011-ci ildə Azərbaycana gəlib, iki mövsüm «Neftçi»nin formasını geyinmiş müdafiəçi paytaxt klubunun düşdüyü hazırkı vəziyyətə münasibət bildirib.
Balkanlı keçmiş legioner iki dəfə çempion olduğu «ağ-qaralar»ın halına təəssüfləndiyini gizlətməyib:
«O qədər pullar xərclənir, xaricdən məşqçilər, futbolçular gətirilir, yüksək səviyyədə toplanışlar təşkil olunur, amma ortada heç nə yoxdur. Buna üzülən isə azarkeşlərdir.
Türkiyədəki zəlzələnin fəsadlarını gördüz? 10-15 mərtəbəli binalar 1 dəqiqənin ərzində yıxıldı. Həmin binalar neçə ilə tikilmişdi?
Klub da belədir, quruculuğu elə aparmalısan ki, nə vaxtsa yıxılmasın. Komandanı qurursan, hər il 1-2 dəyişiklik edirsən və işlər öz axarında gedir.
Eynilə “Qarabağ”da olduğu kimi. Yoxsa hər dəfə 5-ni göndər, 10-nu gətir, bununla nəyəsə nail olmaq mümkün deyil». (Sportinfo.az)
