Ronaldo 27 dəqiqə ərzində het-trik etdi
Bu gün, fevralın 25-də Səudiyyə Ərəbistanı çempionatının 18-ci turu çərçivəsində “Damak” “Əl-Nəsr”i qəbul ediB.
Aut.az xəbər verir ki, Kriştiano Ronaldo ilk hissədə üç qol vurub.
17-ci dəqiqədə videotəkrar izləndikdən sonra penalti təyin olunub və onu Ronaldo qola çevirib. Beş dəqiqə sonra Kriştiano dubla imza atıb, 44-cü dəqiqədə isə üçüncü dəfə fərqlənərək hesabı darmadağına çatdırıb. Qarşılaşma bu hesabla da başa çatıb.
Ronaldo qış transfer pəncərəsində “Əl Nəsr”ə keçib. Futbolçu 2022/2023 mövsümünə “Mançester Yunayted”də başlayıb, lakin sonradan rəhbərlik və məşqçi ilə münaqişə ucbatından klubu tərk edib.
Aut.az
