O səhvə görə getdi
İngiltərəli VAR (Video Köməkçi Hakim) hakimi Li Meyson vəzifəsini tərk edib.
Aut.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının XXIII turunun “Arsenal” – “Brentford” matçında (1:1) etdiyi səhvə görə bu qərarı verib.
Meyson “Brentford”un aşkar ofsayddan vurduğu qolu qeydə alıb. Bu, İngiltərədə ciddi tənqidlərə səbəb olub.
